Asim Əlizadə "Dauqavpils"in qələbəsində pay sahibi oldu

Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” evdə “Spartak”la (Yurmala) qarşılaşıb. Görüş “Dauqavpils”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Asim də bu oyunun iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasına penalti qazandırıb. Daha sonra isə Makuilli bu epizodu qola çevirib. 

Qeyd edək ki, “Dauqavpils” turnir cədvəlində 10 komanda arasında 8 xalla 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right