Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov millimizlə oyun haqda danışıb.
Newsport.az-ın məlumatına görə, əslən azərbaycanlı olan futbolçu Rusiya mətbuatına açıqlamasında bu görüşdə rəqibə heç bir şans vermədiklərini bildirib:
"Yeni mərhələyə qələbə ilə başlamaq əladır. Azərbaycanla oyunda iki erkən qol vurduq və rəqibə heç bir şans vermədik. Bu görüşdə rekorda imza atan Kerjakovu da təbrik etdim. Onun əla əhval-ruhiyyəsi var".
Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.