“Bavariya”nın prezidenti Levandovskinin gələcəyindən danışdı

"Bavariya"nın prezidenti Herbert Hayner hücumçusu Robert Levandovskinin klubdakı gələcəyi barədə danışıb.

Newsport.az xəbər verir ki, o, “Bild”ə açıqlamasında 33 yaşlı oyunçu ilə danışıqlar apardıqlarını deyib: 

“Robert Levandovskinin gələcəyi haqqında nə deyə bilərəm? Əvvəlcə bunu qeyd edək ki, onun müqaviləsi 2023-cü ilə qədərdir. Biz Roberti həqiqətən yüksək qiymətləndirdiyimizi daim vurğulayırıq. Levandovski dünyanın ən yaxşı oyunçularından biridir və onun heyətdə olması bizim qarşımıza hədəflər qoymağımıza zəmanət verir. Çünki Levandovskinin çoxlu qol vuracağını bilirik. Klub rəhbərliyi onunla daimi əlaqə saxlayır. Levandovski ilə danışıqların vəziyyəti ilə bağlı medianı daim məlumatlandırmaq lazım deyil. Bir şey olan kimi biz bunu elan edəcəyik”. 
 
Qeyd edək ki, 33 yaşlı Levandovski 2014-cü ildə "Bavariya"ya keçib. Bu mövsüm hücumçu bütün turnirlərdə 41 matçda 47 qol vurub və 4 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right