Çempionlar Liqası: “Atletiko” “Mançester Siti”yə qarşı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Newsport.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

İngiltərə təmsilçilərindən “Liverpul” Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı bu dəfə doğma meydanda qəbul edəcək.

“Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”sunun qonağı olacaq. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb.

Xatırladaq ki, yarımfinalda “Liverpul” – “Benfika” cütünün qalibi İspaniya “Vilyarreal” ilə, “Atletiko” – “Mançester Siti” görüşünün güclüsü isə Madrid “Real”ı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

13 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya)
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1

23:00. “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right