Türkiyə güləşçisi Avropa çempionatında şəxsi rekordunu yeniləyib

Türkiyənin tanınmış sərbəst güləşçisi Taha Akgül 9-cu dəfə Avropa çempionu olub.

Newsport.az-in məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı son olaraq Macarıstanın paytaxtı Budapeştdə keçirilən yarışda titula sahib çıxıb.

32 yaşlı pəhləvan finalda Gürcüstan təmsilçisi Geno Petriaşviliyə qalib gəlib - 5:2. Akgül fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb. Petriaşvili görüşün sonlarınadək 2 xal qazanmağa müvəffəq olub. Nəticədə Türkiyə güləşçisi 5:2 hesabı ilə qalib gələrək, şəxsi rekordunu yeniləyib.

O, qarşılaşmadan sonra bildirib ki, Avropa çempionatında məqsədi öz medal rekordunu təzələməkdən ibarət olub: "Bu, böyük güləşçiyə qarşı böyük mübarizə idi. Petriaşvili ilə görüşlərim həmişə dramatik olur. Avropada ona qalib gəlməyə davam etmək ağlasığmazdır. Lakin Genonun dünya çempionatlarında mənə qarşı qələbə seriyası var. Avropa çempionatında qızıl medal qazanmağa davam etməyə və Petriaşvilinin tezlikdə dünya çempionatında mənimlə görüşlərdəki qələbə seriyasını qırmağa çalışacağam".

 
Qeyd edək ki, Taha Akgül həm də ikiqat dünya çempionu, Bakı-2015 I Avropa Oyunları və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right