"Klopp istirahət etmir"

Fildişi Sahili millisinin sabiq üzvü Yaya Ture  “Liverpul”un baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Newsport.az "Anfield Watch"ə istinadən xəbər verir ki, o, alman mütəxəssislə tez-tez mesajlaşdığını deyib: "Liverpul" çox güclüdür. Klopp qalib gələndə həmişə ona mesaj yazıram. O, cavab yazıb məni görüşə dəvət edir. Bu adam dincəlir? Mən Kloppun istirahət etdiyini düşünmürəm. O, futbolu çox sevir”.

Qeyd edək ki, Çempionlar Liqası, İngiltərə kuboku, İngiltərə liqa kubokunda mübarizəni davam etdirən "Liverpul" İngiltərə Premyer Liqasında lider "Mançester Siti"dən cəmi 1 xal geri qalır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right