“Mançester Yunayted”in futbolçusuna bıçaq çəkdilər

“Mançester Yunayted”in “Birmingem Siti”də oynayan futbolçusu Tahit Çonqun evi qarət olunub. 

Newsport.az  “The Sun”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin mənzilinə girən soyğunçular onu soyuq silahla təhdid ediblər. Onlar futbolçunun qiymətli əşyalarını oğurlayıblar. Çonq isə canını çıtinliklə qurtarıb. O, hadisənin baş verdiyini təsdiqləyib.  Futbolçu İnstaqram hesabından açıqlama yayaraq bildirib:  “Hər kəsin sabahı xeyir olsun. Bu xəbər qulağa çox qorxunc gəlir, fərqindəyəm. Lakin hadisə dünən yox, bir neçə ay əvvəl olub. Bu, çox qorxunc bir şey idi”. 

Qeyd edək ki, Çonq 2021-ci ildən icarə əsasında “Birmingem Siti”də oynayır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right