Fransanın “Bordo” klubunun müdafiəçisi Loran Koselni karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, fransalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.
AÇ-2016-nın gümüş mükafatçısı 36 yaşında futbolçu karyerasını bitirməyə qərar verib.
Koselni 2019-cu ilin avqustundan “Bordo”da çıxış edirdi. Ölkəsində “Genqam, “Tur” və “Loryan” klublarının da şərəfini qorumuş müdafiəçi, daha çox London “Arsenal”ındakı çıxışı ilə tanınıb. O, 2010-2019-cu illərdə İngiltərə klubunun şərəfini qoruyub. Koselni Fransa millisində 51 oyuna 1 qol vurub.