"... Mən onu tapdalayacağam" Klopp

"Səfərdə “Arsenal”a qalib gəlmək artıq bir hadisədir. Bu cür qalibiyyət isə sadəcə gözəldir. Xüsusi qələbə... Açıq oyun oldu və matça yaxşı başladıq. Hər şeydən razıyam, amma vəziyyət çox dəyişməyib. Biz hələ də irəliləmək və qalib gəlmək məcburiyyətindəyik".

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 27-ci turunda "Arsenal"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, komandanın oyunçusu Trent Aleksandr-Arnoldun müdafiədə yaxşı oynamadığı ilə bağlı deyilən fikrə isə belə münasibət bildirib :"Əgər kimsə Trentin müdafiə olunmağı bilmədiyini söyləyərsə, o zaman yanıma gəlsin, mən onu tapdalayacağam. Onsuz da bunu eşitməkdən yoruldum, bilmirəm, bu oğlan hamını inandırmaq üçün daha nə etməlidir. Trent "Arsenal"la  matçda Martinelliyə qarşı yaxşı oynadı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right