Qazaxıstan Premyer Liqasının 2-ci turunun bu gün keçirilməli olan “Akjayık” – “Turan” oyunu təxirə salınıb.
Newsport.az-ın xəbərinə görə, buna güclü qar səbəbindən meydanın ot ortüyünü buz bağlaması səbəb olub. Hakimlərin qərarına əsasən, oyun başqa vaxta keçirilib.
Qeyd edək ki, eks-futbolçu Vaqif Cavadovun hazırda məşqçisi olduğu “Turan”da millimizin qapıçısı Emil Balayev çıxış edir.