Kiyevin “Dinamo” klubunun baş məşqçisi Mirça Luçeskunun Ukrayna banklarında 5 milyon dollardan çox pulu qalıb.
Newsport.az-ın “Cancan” nəşrinə istinadən yaydığı məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu pullar faktiki olaraq bloklanıb. Məsələ burasındadır ki, hazırda Ukrayna hökuməti ölkədən pulun çıxarılmasına məhdudiyyət qoyub (qüvvədə olan yeni qərara əsasən, 1 ildə cəmi 500 min dollar çıxarmaq mümkündür). Rumıniyalı mütəxəssis hazırda Buxarestdədir.
Mənbə bildirib ki, Luçesku 2014-cü ildə Rusiyanın hibrid müharibəsindən sonra 20 milyon avroya qədər pul itirib. Amma “Dinamo”nun prezidenti İqor Surkis bu məsələni yoluna qoyacağını vəd edib. Rusiyanın son hücumu isə bu planı həyata keçirməyə mane olub.