"Çelsi"nin sahibi Roman Abramoviç ABŞ-İsveçrə konsorsiumunun klubu almaq üçün göndərdiyi təklifi rədd edib.
Newsport.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb. Abramoviçin belə qərara gəlməsinə səbəb qarşı tərəfin kifayət qədər məbləğ ödəmək istəməməsi olub.
Abramoviç "Çelsi" üçün alıcılardan 4 milyard avro tələb edir.
Qeyd edək ki, Roman Abramoviç bir neçə gün əvvəl London təmsilçisini satmaq niyyətində olduğunu açıqlayıb. Klubu almaq istəyənlər arasında milayderlər Hansyorq Viss və Todd Boeli də var. Onlar çərşənbə axşamı "zadəganlar" üçün rəsmi təklif göndəriblər.