"Çelsi" azarkeşi klubu almaq istəyir

“Çelsi” azarkeşi olan Nik Kendi və qardaşı klubu almaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

49 yaşlı Kendi konsorsium yaradaraq kluba satışa çıxaran Roman Abramoviçə 2.5 milyard funt sterlinq təklif edib. O, “Stemford Bric”i yenidən qurmağı da öhdəsinə götürüb.

Rusiyalı biznesmen isə klubu 3 milyard funt sterlinqə satmaq istəyir. Hazırda onun 10-dan çox təklif aldığı bildirilir. Klubu almaq istəyənlər arasında isveçrəli milyarder Hansyorq Viss və UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor da var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right