Millidə baş məşqçi dəyişikliyi

Qazaxıstan millisinin baş məşqçisi Talqat Baysufinov istefaya göndərilib. 

Newsport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Andrey Karpoviç əvəzləyib. 41 yaşlı mütəxəssis yığmanı qarşıdakı 2 matça - Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Qarşılaşmalar martın 24-də və martın 29-da olacaq.

Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının 2-ci qrupunda rəqib olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right