“Bayern” doğma meydanda xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Arminiya” doğma meydanda “Auqsburq”la qarşılaşıb. Qonaqlar bu matçdan minimal hesabla qalib ayrılıblar.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Bohum” “Qroyter”i, “Volfsburq” “Yunion”u, “Ştutqart” isə Mönxenqladbax “Borussiya”sını məğlub yola salıb. “Herta” doğma meydanda “Ayntraxt”a böyük hesabla uduzub. “Leyptsiq” – “Frayburq” matçında isə qalib müəyyənləşməyib.

Turun mərkəzi qarşılaşması Münhendə baş tutub. Burada lider “Bayern”lə “Bayer” üz-üzə gəliblər. Kağız üzərində Münhen klubu favorit hesab olunsa da, Leverkuzen təmsilçisi ikinci dövrədə yaxşı təsir bağışlayır. “Əczaçılar” 2022-ci ildə Bundesliqada keçirdiyi 7 oyunun yalnız birində məğlub olmuşdu. Sözügedən komanda elə liderlə oyundan da xalla ayrılmağı bacarıb.

Çempionluğa iddialı digər komanda Dortmund “Borussiya”sı “Maynts”ın qonağı olacaq. Avrokuboklarda mübarizəni dayandıran “sarı-qaralar” artıq bütün diqqətini daxili arenaya yönəldə bilər.

Almaniya Bundesliqası, 25-ci tur

4 mart

Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.

5 mart

Bayern – Bayer 1:1
Qol: Sule, 18 – Müller, 36-öz qapısına.

Bohum – Qroyter 2:1
Qol: Leytş, 35. Losilla, 71 – Bella, 64-öz qapısına.

Volfsburq – Yunion 1:0
Qol: Avoniyi, 24.

Herta – Ayntraxt 1:4
Qol: Selke, 61 – Knauff, 17. Tuta, 48. Lindstrom, 56. Borre, 63.

Leyptsiq – Frayburq 1:1
Qol: Anxelinyo, 90 – Dəmiroviç, 38.

Ştutqart – Borussiya M 3:2
Qol: Endo, 38. Fuhrix, 51. Kalaydziç, 83 – Plea, 14. Turam, 35.

6 mart

18:30 Maynts – Borussiya D
20:30 Köln – Hoffenhaym

Bombardir: Robert Levandovski (Bayern) – 28 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right