“Liverpul” tək, “Çelsi” dörd qolla qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf olunub.

“Lester” “Lids”i, “Aston Villa” “Sauthempton”u, “Nyukasl” isə “Brayton”u məğlub yola salıb. “Vulverhempton” evdə “Kristal Pelas”a, “Norviç” isə “Brentford”a uduzub.

Həftəiçi İngiltərə kubokunda mərhələ adlayan “Çelsi” təxminən iki həftəlik fasilədən sonra Premyer Liqa matçına çıxıb. Londonlular təhlükəli zonadan uzaqlaşmağa çalışan “Bernli”nin qonağı olub. “Zadəganlar” bu görüşdə 4 cavabsız qola seviniblər.

“Liverpul” isə “Vest Hem”i qəbul edib. “Qırmızılar” bu oyundan minimal hesabla qalib ayrılıb.

Tur Mançester derbisiylə əlamətdar olacaq. Çempionatın lideri “Mançester Siti” “Etihad” stadionunda əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyuna maraq böyükdür. İndiyədək baş tutan 186 derbidə “qırmızı şeytanlar”ın üstünlüyü var (77 qələbə, 56 heç-heçə, 53 məğlubiyyət). Premyer Liqadakı son 10 görüşdə isə bərabərlik var – 2 heç-heçə və hərəyə 4 qələbə.

İngiltərə Premyer Liqası, 28-ci tur

5 mart

Lester – Lids 1:0
Qol: Barnes, 67.

Aston Villa – Sauthempton 4:0
Qol: Uotkins, 9. D.Luis, 44. Koutinyo, 52. İnqs, 54.

Bernli – Çelsi 0:4
Qol: R.Ceyms, 47. Haverts, 52; 55. Pulişiç, 69.

Vulverhempton – Kristal Pelas 0:2
Qol: Mateta, 19. Zaha, 34-pen.

Norviç – Brentford 1:3
Qol: Pukki, 90+2 – Toni, 32; 52; 58.

Nyukasl – Brayton 2:1
Qol: Freyzer, 12. Şar, 14 – Dank, 55.

Liverpul – Vest Hem 1:0
Qol: Mane, 27.

6 mart

18:00 Uotford – Arsenal
20:30 Mançester Siti – Mançester Yunayted
00:00 Tottenhem – Everton

Bombardir: Məhəmməd Salah (Liverpul) – 19 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right