"Şaxtyor"un məşqçisi Rusiya mərmisinə tuş gələrək öldü

"Şaxtyor"un (Ukrayna) futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub. 

Newsport.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama yayıb. O futbol ictimaiyyətinə müraciət edərək deyib: 

"Əməkdaşımız dünən vəfat edib. O, futbol akademiyamızın məşqçisi idi. Onu rus mərmisinin parçası öldürüb. Rusiya ukraynalıları öldürür. Bu dəliliyi dayandırın! Susmayın, danışın! Əks halda bu, şəxsi məğlubiyyətiniz olacaq. Həm də bütün gələcək nəsillərin yaddaşında qalacaq, dünya tarixindən silinməyəcək bir məğlubiyyət. Hər biriniz törədilmiş cinayətlərə görə təqsir və məsuliyyətini daşıyacaqsınız”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right