Xavi Holannın "Barselona"ya transferi üçün Almaniyaya gedib

İspaniya "Barselona"sının baş məşqçisi Xavi Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannla görüşüb.

Newsport.az "L'Esportiu" nəşrinə istinadən xəbər verir ki, Münhen şəhərindəki görüşdə 22 yaşlı hücumçunun Kataloniya təmsilçisinə mümkün keçidi müzakirə olunub.

Toplantıda klubun idman məsləhətçisi Yordi Kroyf da iştirak edib. Norveçli forvard zədəsini sağaltmaq üçün hazırda Münhendədir.

"Barselona"nın prezidenti Joan Laporta da Holannı komandada görmək istəyir və bu məqsədlə hücumçunun agenti Mino Rayola ilə bir neçə görüş keçirib.

Qeyd edək ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları da Erlinq Holannın transferində maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right