Azərbaycan millisinin üzvü Namiq Ələsgərov "Bursaspor"da ən çox meydanda olan legioner futbolçudur.
Newsport.az saytının məlumatına görə, bu barədə olay.com.tr saytı məlumat yayıb. Namiq bu mövsüm "timsahlar"ın heyətində ümumilikdə 1722 dəqiqə oynayıb. O, bu göstəricidə hamını üstələyir.
Namik Ələskərovu Luka Kapan (484) ve Massimo Bruno (450) izləyir.
Namiq keçən ilin yayından "Bursaspor"da çıxış edir. Milli üzvü bu mövsüm 23 matçda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.