“Borussiya” səfərdən 1 xalla döndü

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Hoffenhaym” və “Ştutqart” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Qroyter” – “Köln” matçında qalib müəyyənləşməyib. Mönxenqladbax “Borussiya”sının “Volfsburq”la 4 qolluq matçı da heç-heçə bitib. “Bayer” “Arminiya”nı, “Frayburq” “Herta”nı, “Yunion” “Maynts”ı məğlub yola salıb. Səfərdə “Ayntraxt”la qarşılaşan lider “Bayern” isə minimal hesabla qalib gəlib.

Münhen klubunun ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı isə “Auqsburq” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Almaniya Bundesliqası, 24-cü tur

25 fevral

Hoffenhaym – Ştutqart 2:1
Qol: Baumqartner, 85; 90 – Endo, 58.

26 fevral

Borussiya M – Volfsburq 2:2
Qol: Turam, 42. Embolo, 82 – Vind, 6. Bornau, 33.

Bayer – Arminiya 3:0
Qol: Alario, 30. Dyabi, 57; 81.

Frayburq – Herta 3:0
Qol: Qrifo, 12-pen. Şade, 83. Holer, 86.

Qroyter – Köln 1:1
Qol: Qrisbek, 69 – Kaynts, 53.

Yunion – Maynts 3:1
Qol: Haraquçi, 8. Bekker, 56. Avoniyi, 75 – Burqzorq, 90.

Ayntraxt – Bayern 0:1
Qol: Sane, 71.

27 fevral

Bohum – Leyptsiq 0:1
Qol: Nkunku, 82.

Auqsburq – Borussiya D 1:1
Qol: Sarenren, 78 – T.Hazard, 35.

Bombardir: Robert Levandovski (Bayern) – 28 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right