Nazarov iki qol vurdu, komandası səfərdə heç-heçə etdi

Almaniya II Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" səfərdə "Paderborn"un qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Nazarov komandasının 1-ci və 3-cü qollarının müəllifi olub. O, hər iki qolu penaltidən vurub.

16 xal toplayan "Erzgebirge" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right