Ukrayna klublarının legionerləri kömək istədilər

“Şaxtyor”un (Donetsk) və “Dinamo”nun (Kiyev) braziliyalı futbolçuları Ukrayna və Rusiya arasında hərbi münaqişə başlaması ilə əlaqədar  öz ölkələrindən yardım istəyiblər. 

Newsport.az xəbər verir ki, bu barədə onlar öz sosial şəbəkə hesablarında paylaşımlar ediblər. Oyunçular ailələri ilə birlikdə qaldıqları oteldən video yayımlayaraq çətin durumda olduqlarını bildiriblər. Onlar Braziliyanın səlahiyyətli şəxslərindən yardım istəyiblər. 

“Şaxtyor”un oyunçusu Junior Moraes isə öz İnstaqram səhifəsindən etdiyi paylaşımda  yazıb: 

“Vəziyyət çox ciddidir. Qurtulmaq üçün bir çıxış yolu axtarırıq. Otelin içində qalmışıq. Bizim üçün dua edin”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right