"Formula 1" çempionu müqaviləsini uzadacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Maks Ferstappenlə müqavilənin müddətini uzadacaq.

Newsport.az "RacingNews365" nəşrinə istinadən xəbər veirr ki, yeni sözləşməyə əsasən, 25 yaşlı sürücünün maaşı bonuslar nəzərə alınmadan 25 milyon ABŞ dollarından 30 milyona yüksələcək.

Niderlandlı pilotun hazırkı müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

2016-cı ildən "Red Bull"da çıxış edən Ferstappen ötən mövsüm çempion olub.

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right