"Mən qorxaq deyiləm, Kiyevi tərk etməyəcəyəm" Luçesku

"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu və Ukrayna çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az "Tribun"a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis "Ukraynada bütün idman tədbirlərinin 30 gün müddətinə dayandırıldı. Mən Kiyevdən getməyəcəyəm, Rumıniyaya qayıtmayacağam, qorxaq deyiləm.

Ümid edirəm ki, axmaqların başlatdığı bu müharibə ən qısa zamanda dayandırılacaq. Mən heç vaxt müharibənin başlayacağını düşünməmişdim”.

Qeyd edək ki, Ukrayna Premyer Liqası ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right