"Mançester Yunayted" yeganə şansından istifadə etdi" Simeone

“Bu matçda demək olar ki, hər şeyi yaxşı bacardıq. Əla təzyiqlə güclü xarakter və komanda futbolu nümayiş etdirdik. Mübarizəmiz və oynamağımız xoşuma gəldi. Oyundan razı qaldım. Qalib gələ bilmədik, amma qarşıdurmanın nəticəsi hələ də bəlli deyil. Görünür, üstünlük indi "Mançester Yunayted"in tərəfindədir, amma əslində heç nə dəyişməyib".

Newsport.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında evdə "Mançester Yunayted"lə bərabərə qaldıqları ilk oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, yaxşı oyuna davam etməli olduqlarını bildirib: “Mançester Yunayted” əllərində olan yeganə şansdan yararlandı. Qələbə üçün kifayət qədər çalışdıq. Komanda ruhumuz əla idi.  Biz belə davam etməliyik. Hər şey irəlidədir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right