UEFA: "Çempionlar Liqasının finalının Rusiyadan alınmasına hazırda baxılmır"

Çempionlar Liqasının 2021/2022 mövsümünün final matçının təxirə salınması ilə bağlı məsələ hazırda nəzərdən keçirilmir.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-dan "Evening Standard"a verilən açıqlamada bildirilir.

"Avropa futbol qurumu vəziyyəti daim diqqətlə izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan yoxdur", - deyə vurğulanır.

Daha əvvəl Britaniyanın "Mirror" və "Daily Star" nəşrləri mayın 28-də keçirilməli olan final matçının "Qazprom Arena"dan alınmasının mümkünlüyünü yazıb. UEFA-nı bu addıma vadar edəcək səbəb kimi Rusiya və Ukrayna arasında münaqişənin böyüməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right