"Atletiko"dan Simeone açıqlaması "Vicdansızlıq...."

"Atletiko"nun prezidenti Enrike Sereso baş məşqçi Dieqo Simeonenin yerinə yeni baş məşqçi axtardıqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: “Simeone klubumuzun vacib hissəsidir. Onun komandanı tərk edə biləcəyi ilə bağlı heç vaxt fikrimiz olmayıb. Simeone üçün əvəzləyici axtarmaq vicdansızlıq və qəribəlik olardı”.

"Atletiko" La Liqada bu mövsüm keçirdiyi 25 matçda 42 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right