"Legiya" fanatları kluba Emreli olayının təkrarlanacağına dair xəbərdarlıq edib

Polşanın "Legiya" klubunun futbolçuları növbəti dəfə azarkeşlərin hücumuna məruz qala bilər.

Newsport.az-ın "Polsatsport" nəşrinə istinadən məlumatına görə, Varşava təmsilçisinin fanatları bununla bağlı komandaya xəbərdarlıq ediblər.

Tərəfdarlar son ölkə çempionunun "Termalika" ilə qolsuz heç-heçə etdikləri XXII turun səfər oyunundan sonra kluba 2021-ci ilin dekabrındakı hücumun təkrarlana biləcəyini ritorik olaraq çatdırıblar.

Komanda həmin hücumdan sonra 2 heç-heçə, 2 məğlubiyyət və 1 heç-heçə əldə edib. "Legiya"nın növbəti xal itkisi azarkeşlərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right