“Mançester Yunayted”də nə baş verir?

Kriştiano Ronaldonun yayda “Mançester Yunayted”dən ayrıla biləcəyinə dair daha bir iddia ortaya atılıb.

Newsport.az “The Daily Mirror”a istinadən xəbər verir ki, “MY” mövsümün sonu Çempionlar Liqasında oynamaq hüququ qazanmasa, portuqaliyalı futbolçu klubdan gedəcək.
 
Bildirilir ki, Ronaldonun “qırmızı şeytanlar”la 2023-cü ilin yayına kimi müqaviləsi olmasına baxmayaraq, klub onun gedişinə mane olmayacaq.

İngilis KİV-ləri bildirir ki, hazırda “MY” daxilində vəziyyət ürəkaçan deyil. İddia edilir ki, Kriştiano Ronaldo kapitan sarğısının Harri Maquayrın daşımasının əleyhinədir. Məlumata görə, portuqaliyalı özünün kapitan olmasının istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right