Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə bir oyun keçirilib. “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Neftçi"ni geridə qoyaraq turnir cədvəlində yenidən 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral (bazar)
17:00. “Zirə” – “Sabah” - 2:0
Qol: Hamidu Keyta, 63 (1:0), 90+3 (2:0)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
19 fevral (şənbə)
“Neftçi” – “Keşlə” - 3:1
“Qəbələ” – “Səbail” - 2:0
Bombardirlər:
Davit Volkov ("Zirə") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol
İsnik Alimi ("Qəbələ") - 5 qol