Anton Krivotsyukun komandası səfərdə uduzdu

Futbol üzrə Polşa Ekstraklasasında 22-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Zaqlembe" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Krivotsyuk bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

22 turdan sonra 30 xal toplayan "Visla" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right