Xavi: "Nəticə çox ədalətsizdir"

"Barselona"nın baş məşqçisi Xavi Ernandes ötən gecə Avropa Liqasının pey-off mərhələsində evdə "Napoli"ilə 1:1 hesablı heç-heçə etdikləri ilk matç barədə danışıb. 

Newsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis AS-a açıqlamasında komandanın oyunundan razı qaldığını, lakin nəticənin onu qane etmədiyini bildirib: 

“Çox yaxşı oynadıq. Amma nəticə o qədər də yaxşı deyil. Bizə daha çox sərf edəcək nəticə qazana bilərdik. Düşünürəm ki, nə qədər qol şansları yaratdığımızı nəzərə alsaq, biz daha çox şeyə layiqik. Amma biz Neapolda yaxşı oynamalıyıq. Bu, bizim reallığımızdır. Biz birdən çox qola layiq idik. Çox aydın məqamlar oldu, amma biz effektli hərəkət etmədik. Bu gün çox səhv etdik. 22-23 zərbə isə yaxşı göstəricidir. Fikrimcə, çox yaxşı oynadıq. Amma belə oyunlarda qol vurmalısan. Nəticə çox ədalətsizdir". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-ü İtaliyada olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right