Klublararası dünya çempionatının qalibi məlum oldu

Klublararası dünya çempionatının qalibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, final matçında İngiltərə "Çelsi"si ilə Braziliya "Palmeyras" klubu üz-üzə gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş görüş "Çelsi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Palmeyras" - 2:1

Qollar: Romelu Lukaku, 55 (1:0), Rafael Veyqa-64-pen. (1:1) Kay Haverts, 117-pen. (2:1)

 Beləliklə, Çempionlar Liqasının son qalibi olan "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right