"Portu" - "Sportinq" matçından sonra ara qarışdı: 4 qırmızı vərəqə

Portuqaliya Premyer Liqasının 22-ci turunda "Portu" - "Sportinq" (2:2) görüşündən sonra meydanda xoşagəlməz hadisə yaşanıb. 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın ardından komandaların oyunçuları dalaşmağa başlayıblar. Bu zaman klubların texniki heyəti və məşqçilər korpusu da mübahisə ediblər. 

4 futbolçuya qırmızı vərəqə göstərilib. "Portu"dan Aqustin Marçesin və Pepe, "Sportinq"dən isə Tabata və Joao Palinya cəzalandırılıb.

Qeyd edək ki, "Portu" turnir cədvəlində 60 xalla 1-ci, "Sportinq" isə 54 xalla 2-cidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right