Salah və Mane oynamayacaq

"Liverpul"un futbolçuları Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasının 25-ci turunda "Lester"ə qarşı oynamayacaqlar.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O bildirib ki,  misirli hücumçu artıq komanda ilə məşqləri bərpa edib, lakin “Lester"Ə qarşı oynamağa hazır olmayacaq. Eyni zamanda Seneqal millisinin üzvü Mane yığmanın olduğu düşərgədən hələ də Liverpula gəlməyib.

Qeyd edək ki,  Afrika Millətlər Kubokunun finalında Seneqal Misiri penaltilər seriyasında məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right