Azərbaycanlı futbolçu Şimali Makedoniya klubunda

"Neftçi"nin yarımmüdafiəçisi Nazim Məmmədzadə Şimali Makedoniyada oynayacaq.

Newsport.az-ın məlumatına görə, Bakı klubunun əvəzedici heyətində çıxış etmiş 21 yaşlı yarımmüdafiəçi "Renova" ilə anlaşıb.

Qış toplanışı zamanı Şimali Makedoniya klubunda baxışda olmuş futbolçu "Renova"nın məşqçilər korpusunun etimadını qazanıb və onunla müqavilə imzalanılıb. Futbolçu mövsüm sonuna qədər bu klubda çıxış edəcək.

Hazırda "Renova" Şimali Makedoniya çempionatında 18 turdan sonra 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right