“Dinamo”dan Mahirsiz qələbə

Futbol üzrə Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstra 1961” ilə qarşılaşıb. Zaqreblilər bu oyundan qələbə ilə ayrılıblar – 2:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. “Dinamo” ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda 46 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right