Afrika Millətlər Kubokunun qalibi bilindi

Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada Sadio Manenin lideri olduğu Seneqalla Məhəmməd Salahın kapitanı olduğu Misir millisi üz-üzə gəlib.  Kamerundakı bu görüşün əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (4:2) Seneqal millisi turnirin qalibi olub. Bununla da yığma tarixində ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb.

Newsport.az-ın məlumatına görə, Misir bunadək 7 dəfə sözügedən yarışın qalibi, Seneqal isə 2 dəfə gümüş mükafatçısı olmuşdu.

Əlavə edək ki,  üçüncü yer uğrunda oyunda Kamerun Burkina Fasoya qalib gələrək (3:3, penaltilər seriyasında 5:3) bürünc medal qazanıb.

6 fevral

Seneqal - Misir - 0:0 (penaltilər seriyası - 4:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right