“Dinamo”(Zaqreb) və “Legiya”nın formasını geyinmiş İvitsa Vrdolyak Mahir Emrelinin Zaqreb klubuna keçidini şərh edib.
Newsport.az məlumatına görə, veteran futbolçu millimizin hücumçusu haqda bunları deyib:
“Emreli keyfiyyətli futbolçudu. Hücumun lap dərinliyində daim top axtarır. “Dinamo”da isə bu cür hücumçu yoxdu. Son vaxtlarda az qol vursa da, o, əsl bombardirdi. Bəlkə də bu, “Legiya”nın hazırda çempionatda zəif oynamasının səbəbi budu.
Hesab açılmamışdan Mahir qol imkanlarını qaçırırdı. “Legiya” bəlkə də 5-6 oyunu belə uduzub. Amma avrokuboklarda Mahir çox yaxşı idi. Statistikaya əsasən Mahir “Legiya”nın yaxşı futbolçudu. Əgər, Mahir qol imkanlarından istifadə etsəydi, daha böyük klubların diqqətini çəkərdi. 24 yaşındadı və “Dinamo” ondan çox şey qazana bilər”.