Ronaldonun formada qalmasının sirri açıldı

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun əla formada qalmasının sirri məlum olub.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun evində fərdi kriyoterapi palatası var. O, bunun sayəsində yüksək fiziki formasını saxlayır. Palatanın 60 min avro dəyərində olduğu bildirilib.

Kriyoterapi toxumaların bərpasına və sağalmasına kömək edən, - 200 dərəcə selsiyə çata bilən bir kameradır. Bu stenddə idmançılar maksimum beş dəqiqə vaxt keçirə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right