"Milan" futbolçusu İsmael Bennaserlə müqviləni uzadır.
Newsport.az məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü bu mövsüm "Milan"ın heyətində 25 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.