"Legiya" Mahiri borc qarşılığında "Dinamo"ya verib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan "Dinamo"ya (Zaqreb, Xorvatiya) transferinin qiyməti məlum olub.

Newsport.az-ın məlumatına görə, bu barədə Polşa mətbuatı açıqlama yayıb. Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi "Dinamo"ya 1 milyon avroya başa gəlib. 

"Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib. 

Qeyd edək ki, Mahir ötən ilin yayından “Legiya"da oynayırdı. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right