Millinin baş məşqçisi istefaya göndərildi

İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.

Newsport.az-ın məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub. O, milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.

​Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi postunda Dik Advokatı əvəzləmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right