Amerikalı futbolçu rəsmən “Arsenal”da

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, London təmsilçisi ABŞ-ın “Kolorado” klubundan Oston Trastini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

Oston Trasti mövsümün sonuna qədər icarə əsasında “Kolorado”da oynamağa davam edəcək. Amerikalı futbolçu yayda “Arsenal”a qoşulacaq.

Peşəkar karyerası ərzində cəmi 149 matça çıxan Trasti, bu oyunlarda 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. O, əvvəllər “Filadelfiya”nın da uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right