Sevgilisini döyən MY-nin futbolçusuna daha bir zərbə

“Nike” şirkəti “Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudla əməkdaşlığı dayandırıb.

Newsport.az xəbər verir ki, buna səbəb ingilis hücumçunun sevgilisinə qarşı zorakılıq etməsi və polis tərəfindən saxlanılması olub.

Şirkət tərəfindən edilən açıqlamada, Qrinvudun təcavüzkar davranışının narahatlıq yaratdığı və vəziyyətin yaxından izlənildiyi bildirilib.

Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı “instaqram” hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right