Lempard Premyer Liqaya qayıdır

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

 

Newsport.az-ın məlumatına görə, Liverpul təmsilçisi Frenk Lempardla razılıq əldə edib. İngiltərə mətbuatının yazdığına görə, təyinat 24 saat ərzində rəsmən açıqlanacaq.

 

43 yaşlı mütəxəssis "Everton"un baş məşqçisi postunda bir neçə gün əvvəl istifaya göndərilmiş Rafael Benitesi əvəz edəcək.

 

Qeyd edək ki, Frenk Lempard daha əvvəl "Derbi Kounti" və "Çelsi"nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right