Emre Belözoğlu Mahir barədə: "Onun transfer məsələsi ilə vitse-prezidentimiz çalışır"

"Başakşehir"in baş məşqçisi baş məşqçisi Emre Belözoğlu Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb. 

Newsport.az-ın məlumatına görə, 42 yaşlı məşqçi "Anadolu Agentliyi"nə müsahibəsində Mahirlə maraqlandıqlarını etiraf edib: 

"Mahir Emreli maraqlandığımız futbolçudu. Bildiyimə görə, Polşada xoşagəlməz bir hadisə ilə qarşılaşıb. İndi vəziyyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right