"Liverpul" qapıçısını icarəyə verdi

"Liverpul" futbolçusu Viteslav Yaroşu icarəyə göndərib. 

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı qapıçı karyerasını "Nots Kaunti"də davam etdirəcək. 5-ci liqa klubu oyunçu ilə bu mövsümün sonunadək müqavilə imzalayıb. 

Qeyd edək ki. Yaroş əvvəllər 9 ay icarə əsasında "Sent Patriks"də (İrlandiya) oynayıb. O, ötən il burada İrlandiya kubokunu qazanıb və klubun ən yaxşı futbolçusu seçilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right