Rusiya klubu iranlı futbolçunu yığmanın düşərgəsinə buraxmayıb

Rusiyanın "Zenit" klubu futbolçusu Serdar Azmunu İran millisinin düşərgəsinə buraxmayıb.

Newsport.az TASS-a istinadən xəbər verir ki, buna 27 yaşlı hücumçunun daha əvvəl Sankt-Peterburq təmsilçisinə FIFA-nın icazə verdiyi müddətdən gec qayıtması səbəb olub.

İran yığmasının baş məşqçisi Draqan Skoçiç forvardı yığmaya buraxmayan klubu tənqid edib. 54 yaşlı mütəxəssisin sözlərinə görə, Azmunun koronavirus testi əvvəcə müsbət, sonra isə mənfi çıxıb.

Rusiya klubunun Mətbuat xidməti məşqçilər korpusunun komandanın maraqlarına uyğun qərar qəbul etdiyini və "Zenit"in məsələ ilə bağlı FIFA-nı məlumatlandırdığını bildirib.

Qeyd edək ki, İran millisi bu gün 2022-ci il dünya çempionatının seçmə oyununda İraqla, fevralın 1-də Birləşmiş Ərəb Əmirlikləri ilə üz-üzə gələcək. 2019-cu ildən "Zenit"də çıxış edən Serdar Azmun yayda azad agent kimi Almaniyanın "Bayer" (Leverkuzen) klubuna keçəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right