"Mançester Siti" hücumçu ilə razılaşdı

"Mançester Siti" heyətinə yeni futbolçu qatmağa hazırlaşır. 

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" "River Pleyt"in oyunçusu Xulian Alvareslə razılaşıb. Klub 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. Premyer Liqa təmsilçisi futbolçuya görə qarşı tərəfə 18,5 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Alvares bu mövsüm 20 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right